Xocalı soyqırımının 34-cü ildönümü TBMM-də ANILDI: Aygün Attarın təşkilatçılığı ilə - FOTO

media-hightechnic-468x90

Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Dayanışma Vəqfinin (TADİV) təşkilatçılığı və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin əməkdaşlığı ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) anım mərasimi keçirildi.

media-banner_tkm

media-whatsapp-image-2026-02-26-at-07-15-44

Yenicag.az xəbər verir ki, tədbirdə diplomatlar, TBMM üzvləri, siyasi partiyaların təmsilçiləri, Azərbaycan və Türkiyənin insan hüquqları üzrə ombudsmanları, dövlət qurumlarının rəhbərləri, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri və media mənsubları iştirak etdilər.

media-whatsapp-image-2026-02-26-at-07-14-35

Anım mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, TADİV sədri, professor Aygün Attar, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca, AK Parti İstanbul millət vəkili, TBMM Xaricdəki Türklər və Qohum Topluluqlar Alt Komissiyasının sədri Seda Gören Bölük, CHP Qrup sədrinin müavini Gökhan Günaydın, MHP Kütahya millət vəkili, Daxili İşlər Komissiyası sədrinin müavini Ahmet Erbaş, İYİ Partiyanın Türk Dünyasından məsul başqan müavini, Adana millət vəkili Ayyüce Türkeş Taş və Yeni Yol Partiyasının başqanı İzzettin Küçük çıxış ediblər.

 

Çıxışlarda Xocalı Soyqırımının beynəlxalq ictimaiyyətə daha təsirli və qətiyyətli şəkildə çatdırılmasının vacibliyi vurğulanıb. Tarixi ədalətin bərpası, regional sülh prosesi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra aparılan sülh və yenidənqurma işləri geniş şəkildə dəyərləndirilib. Bildirilib ki, Xocalıda törədilənlər yalnız azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət ortaq məsuliyyət daşımalıdır.

media-whatsapp-image-2026-02-26-at-07-15-45

Tədbirin məqsədinin təkcə ağrını bölüşmək deyil, eyni zamanda ədalət axtarışını qətiyyətlə ifadə etmək, gələcək nəsillər naminə sülhü və ümumbəşəri humanitar dəyərləri müdafiə etmək olduğu qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05