“Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası olub-Milanda-Fotolar

media-hightechnic-468x90

3a56272375bfeec39da6e97552ebaf62Tamaşa “lent.az”ın “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.

İtalyanın Milan şəhərindəki “Teatro Filodramaticci”də Xocalı soyqırımından bəhs edən “Angelo rosso a Khodjaly” (“Xocalıdakı qırmızı mələk”) tamaşasının premyerası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa “APA Holdinq”ə daxil olan “lent.az” saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi “lent.az”ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır.

Tamaşada Milan teatrının aktyor heyəti rol alıb.

Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

Premyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600