Xorvatiya millisinin futbolçusundan yeni rekord

media-hightechnic-468x90

Xorvatiya millisinin futbolçusu Yoşko Qvardiol yeni rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, buna Qətərdə keçirilən dünya çempionatında üçüncü yer uğrunda Mərakeşə qarşı görüşdə nail olub. Qvardiol 5-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Beləliklə, müdafiəçi mundiallar tarixində turnirdə qol vuran ən gənc xorvat futbolçu adına yiyələnib. O, bunu 20 yaş 328 günlüyündə bacarıb.

Qeyd edək ki, bundan əvvəlki rekord İvitsa Oliçə (22 yaş 267 gün, DÇ-2002) məxsus idi.

Matçda Xorvatiya millisi 2:1 hesabı ilə qələbə qazanıb və dünya üçüncüsü olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600