Xose Bernardonu öldürmək istəyən şəxsdən xəbər var

media-hightechnic-468x90

Bakı Apellyasiya Məhkəməsində teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Abutalıb Hüseynovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, A.Hüseynov bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. İttihama görə, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib./Report/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05