Xristian ərəblərdə əsgərliyə çağırılacaq
İsraildə yeni qanunlara görə, xristian ərəblər də əsgərliyə çağırılacaq, amma orduya getmək istəməyən ərəblər bunu rədd edə biləcək.
Dünən İsrail radiosu tərəfindən edilən açıqlamada İsrail tarixində bir ilkə imza atılacağı və xristian mənşəli ərəblərin də orduya qəbul ediləcəyi bildirilib.
Radioda orduya könüllü gedən xristianların müsəlmanlar tərəfindən tənqid edildiyi nəzərə alınaraq xristianların da digər yəhudilər kimi əsgərliyə çağırılacağını bildirib.
Orduya qatılmaq istəməyən xristianların bunu rədd etmə haqqının olacağı deyilən xəbərdə ildə 100 nəfərə yaxın xristian ərəbin könüllü olaraq İsrail ordusunda xidmət etdiyi açıqlanıb.
Xatırladaq ki, 1948-ci il tarixindən, yəni İsrail dövləti yaranandan bu yana xristian ərəblər və müsəlmanlar orduya çağırılmırdı. Ancaq xristian ərəblər könüllü olaraq İsrail ordusuna qoşula bilirdi(axar.az).