Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyanın təxirə salınmasına dair təklifi müdafiə edib.
Yenicag.az xəbər verir ki, Yadigar Sadıqlı bu barədə özünün “Facebook” profilində paylaşdığı statusda yazıb.
O, Milli Şuranın sədri Cəmil Həsənlinin 2 noyabr aksiyasını təxirə salmaq təklifini doğru addım kimi qiymətləndirib:
“Hörmətli Cəmil Həsənli 2 noyabr aksiyasını təxirə salmağı təklif edib. Zənnimcə,doğru addımdır. Ümumiyyətlə, aksiyanın belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi.
Əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil. 19 oktyabr aksiyası uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır”.
www.yenicag.az