Yanan bina sakinlərinə şəxsiyyət vəsiqəsi verildi

media-hightechnic-468x90

wexsiyyet-300x240Bakıda yanan binanın sakinlərinə şəxsiyyət vəsiqəsi verilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, ölkə prezidentinin tapşırığına əsasən, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olan vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600