Yanan xəstəxanadan xəstələri aparan ambulans qəzaya düşdü - Foto

media-hightechnic-468x90

Yevlaxdan Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.

Hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib. Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.(Report)

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600