Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yandırıcı istidə soyuducuya ehtiyacınız olmayacaq - SADƏ ÜSUL

İstər inanın, istər inanmayın, amma ərzağın xarab olmaması üçün soyuducunun yoxluğunu dərd etməyin.

Bunun üçün sadəcə, saxsı qab, qum və suyunuz olmalıdır ki, “elektriksiz soyuducu”nuz hazır olsun. Dünyanın bəzi bölgələrində saxsı qablardan istifadə edilərək hazırlanan həmin “soyuducu”lara “zeer” deyilir və bu ucuz vasitə heç də yeni kəşf deyil.

Yaxın Şərq, Afrika kimi isti və quru iqlimə malik ərazilərdə yaşayan insanlar uzun illərdir, ərzağın xarab olmaması üçün bu üsuldan istifadə edirlər. Şimal-şərqi Afrika ölkələrində hazırlanan soyutma sistemləri sayəsində ərzaq soyuducu ilə müayisədə 10 dəfə artıq müddətə xarab olmadan saxlanılır.

Yenicag.az əllə hazırlana biləcək soyuducunun “istehsal üsulu”nu təqdim edir:

Bunun üçün biri digərinin içinə sığacaq 2 ədəd saxsı qab götürün. Böyük olan qabın içini bir neçə santimetr qalınlıqda qumla doldurun və kiçik qabı böyüyün içinə yerləşdirin. Qabların arasındakı boşluğu da qumla doldurub su tökün. Daha sonra qabların ağzını saxsı qapaq və ya nəm parça ilə bağlayın. Bu qədər sadə… “Soyuducu” hazırdır və siz ərzağı bu qabın içərisində saxlaya bilərsiniz.

Amma qabların “sərhəd”indəki qum təbəqəsinə hər gün su tökməyi unutmayın! Çünki bu “mexanizm” ərzağı soyuq saxlamaq üçün buxarlanma effektindən istifadə edir. Elektriksiz işləyən bu “soyuducu”nu kölgəli yerdə salamaq lazımdır. Çünki günəşin şüaları soyutma effektini azaldar.

Eyni zamanda, “soyuducu”nu küləkli yerdə də saxlaya bilərsiniz. Çünki küləyin suyu buxarlandırması sayəsində ərzaq sürətlə soyuyacaq.

Firuzə Alimova

www.yenicag.az

1724