Yanğında məhv olan ailənin pulu kimə veriləcək?

media-hightechnic-468x90

59377“Yanan binanın sakinləri hazırda bankda arayış təqdim edərək pullarını alırlar”.

Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. İcra başçısının sözlərinə görə, yanan binada kirayə qalanlarla mənzil sahibləri arasında problemlər var: “Əlimizdən gələni edirik ki, hər iki tərəfin razılığı ilə məsələni həll edək”.

Yanğın zamanı ailə üzvlərinin hamısı dünyasını dəyişən Eyvazovlar ailəsinə ayrılan pulun kimə veriləcəyinə gəlincə, Bakı meri bildirib ki, pul onların ən yaxın adamlarına veriləcək.

“Pul onların öz adlarına veriləcək. Biz çalışırıq ki, hər bir şeyi hüquqi müstəvidə həll edək. Ona görə də həmin yerdə hüquqşünasımız var. Bu saata qədər şikayət edən yoxdur”.

azvision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600