!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB: "Yanğında təxliyə olunmuş yenidoğulmuşlardan səkkizi tam sağlam şəkildə evə buraxıldı"

!Reklam – Yazi

Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir.

Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə səkkizi bu gün tam sağlam şəkildə evə yazılıb.

Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, altısının vəziyyəti orta ağır, digər altısının vəziyyəti isə qənaətbəxşdir.
Uşaqların müalicəsi “Yeni Klinika”, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.

Uşaqlardan ikisi (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.

COP29

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv