Yaponiya Rusiyadan neft idxalını bərpa etdi

media-hightechnic-468x90

Yaponiya iyul ayında yenidən Rusiyadan neft idxal etməyə başlayıb. Xatırladaq ki, iyun ayında xammal idxalı sıfıra endirilib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin iyul ayına qədər neft alışının həcmi 65% azalıb. 2021-ci ilin iyul ayına mayeləşdirilmiş təbii qazın tədarük həcmi 26.1% azalıb. Kömür (40.1%), filiz (84.9%), taxıl (73.1%), tərəvəz (60.6%) tədarükü də aşağı düşüb. Balıq və balıq məhsullarının idxalı isə 21.7% artıb.

Ümumilikdə, Rusiyadan idxal 31% artaraq 174 milyard yenaya (1.3 milyard dollar) yüksəlib. İxrac isə 49.5% azalaraq 40.7 milyard yen (303 milyon dollar) təşkil edib. Dəyər baxımından Yaponiyaya mineral yanacaq idxalı enerji qiymətlərinin artması fonunda ümumilikdə 45.1% artıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05