Yaponiyada güclü qar - 54 uçuş təxirə salındı

media-hightechnic-468x90

Yapon aviaşirkətləri şimal əyalətlərində və Yapon dənizi sahili boyunca bölgələrdə güclü qar yağmaları səbəbindən ən azı 54 daxili uçuşu təxirə salıb.

Yenicag.az-ın məlumatına görə, cədvəl dəyişiklikləri əsasən Osaka və Tokionun Hokkaydo adası və Honsyu adasının şimalındakı Akita və Aomori bölgələrini birləşdirən marşrutlara aiddir.

Yapon dənizi sahillərinə qar yağması 14-dən 15-ə keçən gecə başlayıb. Proqnozlara görə, dekabrın 16-sı səhərədək bir sıra əyalətlərdə 90 sm-ə qədər yağıntı olacaq. Honsyunun şimal-şərqində və Hokkaydoda bu rəqəm təxminən 60-70 sm olacaq.

Səlahiyyətli orqanlar sakinləri yollardakı buzlanma riski səbəbindən mümkün olduğu təqdirdə fərdi nəqliyyat vasitələri ilə səyahət etməkdən çəkinməyə çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600