Yaponiyada 2,2 milyondan artıq sakin qriplə xəstələnib.
Ölkənin səhiyyə nazirliyindən verilən məlumatda qeyd olunur ki, 21-27 yanvar tarixlərində Yaponiya xəstəxanaları orta hesabla qripə yoluxmuş 57 min xəstəni qəbul edib. Bu, 1999-cu ildən bəri rekord göstərici sayılır.
Tibb işçiləri əhaliyə əllərini tez-tez yumağı, maska geyinməyi və vaxtında həkimə üz tutmağı tövsiyə edirlər.
Bu arada, ötən həftə ərzində Yunanıstanda qripdən 12 nəfərin öldüyü bildirilir./Medicina/
www.yenicag.az