Yaponiyanın yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Fukusima prefekturasında baş verib.
Ölənlər arasında 3-6 yaş arasında 4 uşaq var. Ümumilikdə yanğının baş verdiyi taxta evdə 9 nəfər olub, xilasedicilər iki nəfəri xilas etməyə nail olub, bir nəfər itkin düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.yenicag.az