"Yaradıcı Gənclərin Rəqəmsal Qalareyasılayihəsi uğurla başa çatdı - FOTO

media-hightechnic-468x90

Azərbaycanın yaradıcı gənclərinin inkişafına dəstək məqsədilə həyata keçirilən Yaradıcı Gənclərin Rəqəmsal Qalareyasılayihəsi uğurla yekunlaşıb. Layihənin bağlanış mərasimi xüsusi təqdimat tədbiri geniş ictimaiyyətin, gənclərin, yaradıcı şəxslərin, media nümayəndələrinin iştirakı ilə yadda qalıb.

Tədbir çərçivəsində yaradıcı gənclərin əsərlərini sərgiləyə biləcəyi innovativ rəqəmsal platformayaradicigenc.az saytı təqdim olunub. Bu platforma gənclərə fərdi portfellərin iformalaşdırmaq, öz işlərini (rəsm, foto, animasiya, musiqi, video, əl işləri, ədəbiyyat nümunələri s.) nümayiş etdirmək, həm ölkə daxilində, həm beynəlxalq auditoriyaya çıxış əldə etmək imkanı qazandırır. Platformada hər bir gənc üçün yaradılmış fərdi səhifələr onların işlərini daha əlçatan edir, QR kod inteqrasiyası isə sərgilənən əsərlərə sürətli rahat keçidi əmin edir.

Layihənin icrası müddətində onlarla yaradıcı gənc bu platformaya qoşularaq öz portfellərini hazırlayıb. Bu təcrübə gənclərin şəxsi brendinin formalaşmasına yaradıcılıqlarının coğrafi məhdudiyyətlərdən azad olaraq daha geniş auditoriyaya çıxmasına töhfə verib.

Layihənin rəhbəri, İnnovasiyaya DoğruGənclərə Dəstək İctimai Birliyinin sədri Rəşad Cəfərov layihə haqqında bunları bildirib:
Bu platforma gənclərimizin yaradıcılığını geniş miqyasda tanıtmaq üçün unikal bir fürsət yaradır. Biz inanırıq ki, bulayihə onların gələcək fəaliyyətinə yeni nəfəs verəcək yaradıcı sahibkarlıq imkanlarını daha da genişləndirəcək.”

Layihədə iştirak edən gənclərdən birirəssam Banu Mirzəyeva isə təəssüratlarını belə bölüşüb:

“Əsərlərimi artıq yalnız sərgilərdə deyil, rəqəmsal platformada da təqdim edə bilirəm. Bu, mənim üçün həm motivasiya, həm dünyaya açılan pəncərədir. İnanıram ki, yaradicigenc.az saytı bütün yaradıcı gənclərin özünü ifadə məkanı olacaq.”

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi iləİnnovasiyaya DoğruGənclərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilib. Bu təşəbbüs təkcə gənclərin rəqəmsal portfellərinin hazırlanmasına deyil, eyni zamanda, ölkənin yaradıcı gənclərinin gələcəkdə öz fəaliyyətlərini sahibkarlığa çevirməsinə, yeni əməkdaşlıqlar qurmasına beynəlxalq layihələrdə iştirak imkanlarını artırmasına dəstək olub.

Yaradıcı Gənclərin Rəqəmsal Qalareyasılayihəsi Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına, eləcə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq həyata keçirilib. Layihə gənclərin rəqəmsal transformasiyasına, yaradıcı sahibkarlığın inkişafına Azərbaycanın gənc istedadlarının tanıdılmasına dəyərli töhfəverir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa