!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaradıcı sənaye nümayəndələrinin “Networking” Forumu keçiriləcək

!Reklam – Yazi

Yaradıcı sənaye nümayəndələrinin “Networking” Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, YARADICI Mərkəzin, Azərbaycan Türkiyə Evinin və “News Baku” Media və Kommunikasiya Mərkəzinin rəsmi tərəfdaşlığı ilə keçiriləcək.

Forum qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq.

Tədbirdə müvafiq dövlət qurumlarının rəhbər və nümayəndələri, millət vəkilləri, media nümayəndələri, QHT və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair “MEDİA və YARADICI sənayenin qarşılıqlı əməkdaşlıq perspektivləri” və “Yaradıcı sənaye: İnnovativ və dayanıqlı inkişaf mərhələləri” adlı panel sessiyalar təşkil ediləcək.

www.yenicag.az

140
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv