Yardımlı sakinindən 2,5 kiloqrama yaxın tiryək və heroin götürülüb

media-hightechnic-468x90

Yardımlı sakinindən tiryək və heroin götürülüb.

Yenicag.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.

Narkotik vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.

O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni satmaq məqsədilə İran vətəndaşından aldığını bildirib.
Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600