Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi aşkarlandı - FOTO

media-hightechnic-468x90

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600