ABŞ-ın Los-Anceles ştatında evlərdən birinə silahlı basqın olub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Vestleyk rayonunda qeydə alınan atışma nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Məlumata görə, azı iki nəfər evə daxil olaraq ABŞ-ın Müstəqillik Gününü qeyd edən ailə üzvlərinə atəş açıb və sonra hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn polis bir kişi və bir qadın meyiti aşkar edib. Dörd nəfər xəstəxanaya aparılıb, onlardan biri dünyasını dəyişib, ikisinin isə vəziyyəti ağırdır.
İlkin ehtimallara görə, hadisəyə tərəflər arasında baş vermiş mübahisə səbəb olub.
www.yenicag.az