!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yasda iki saat oturanda ölü dirilir?”

!Reklam – Yazi

15201Millət vəkili Siyavuş Novruzovun  müsahibəsini təqdim edirik:

Siyavuş Novruzovla görüşümüz YAP-ın qərargahında baş tutdu. Diqqətimizi ilk çəkən isə yol təmiri ilə bağlı səs-küy idi. Elə ilk sualımız da bununla bağlı oldu.

– Qərargahın ətrafındakı yol təmirinin səsləri işinizə maneə olmur?

– Olur, 15 gündür bizi mühasirəyə alıblar. Amma onlar da insanlar üçün edir. Gərək səbr edək.

– Mərkəzi qərargahla bağlı planlarınız nədir?

– YAP strukturunu elə qurub ki, Avropa ölkələri də bizdən nümunə götürüblər. Biz yerli qərargahlara daha çox üstünlük veririk. Mərkəzi qərargahda olan insan işçilər rayon qərargahlarından azdır. 80-dən çox bölgədə yerli qərargahlar yekunlaşmaq üzrədir. 40-dan çox rayonda yeni binalar tikilib. Digərləri isə özəlləşdirilib, təmir edilib. Bunlar tam yekunlaşdırıldıqdan sonra mərkəzi qərargahla məşğul olaq. Bir neçə variant var. Gələcəkdə partiya üçün müasir standartlara cavab verən binanın tikilməsi üçün planımız var.

– Bələdiyyə seçkilərinə hazırlıq necə gedir?

– Biz ilin əvvəlindən bu işə başlamışıq. Partiyanın mərkəzi və yerli təşkilatları üçün iki proqram qəbul edilib. Bu sırf iş planıdı və buna uyğun olaraq hər gün üçün hansı işlərin görüləcəyi müəyyən olunub. Qərargah üzvlərinin siyahısı hazırlanır, hər təşkilatda 15-30 adam olacaq. Hazırda bələdiyyə üzvlərinin tədqiqatı işi gedir. Ölkə üzrə 1976 yerə 20 mindən çox namizəd irəli sürüləcək. Hər bir yer uğrunda mübarizə aparacağıq.

– Bələdiyyələrin statusu ilə bağlı dəyişikliklərə ehtiyac varmı?

– Bəzən görürsən ki, bələdiyyələri başqa ölkələrlə əlaqələndirirlər. Burada dövlətin quruluşu nəzərə alınmalıdır. Parlament tipli respublikalarda yerli idarəetmə strukturları daha geniş səlahiyyətə malik olur. Digər formada isə əhali topalşıb özünə aid olan əmlakın bir hissəsin idarəçiliyə verir. Bələdiyyə qeyri-hökümət təşkilatı kimidir. Bizdə dövlət tərəfindən bələdiyyələrə çoxlu dotasiya, vəsait verilir. Bələdiyyələr bunlardan istifadə edib müəyyən problemləri həll edə bilərlər. Bələdiyyə məktəbləri, bağçaları açmaq olar. Bununla da gəlir əldə etmək olar. Kim bunu etmək istəsə, heç bir maneəçilik törədilməz. Bu baxımdan hazırda bələdiyyələrə əlavə səlahiyyət verilməsinə ehtiyac yoxdur. Bələdiyyələrin statusunun zəif olmasını seçkiyə qatılmağa adamə olmayan siyasi partiyalar orytaya atır. Bununla da özlərinin sosial bazası olmadığı gizlətməyə çalışırlar.

– Parlament seçkilərinə ilkin hazırlıq başlayıbmı?

– Biz seçkilərdə bütün yerlərə namizəd irəli sürürük. Ötən parlament seçkilərində 114 namizədlə qatıldıq. 10 dairədən namizəd vermədik ki, orada bizə müttəfiq partiyanın nümayəndəsi vardı. Onlara alternativ olmasın deyə namizəd olmadıq. Bu il lazım olarsa, 125 dairədən namizəd olacağıq. Lakin parlament seçkilərinə bu ilki bələdiyyə seçkilərindən sonra hazırlaşacağıq.

– YAP “üçlüsü” olan Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovdan ikisi artıq təyinat alıb. Parlamentdə və media ilə iş üçün yeni simalar olacaqmı?

– Mən hərdən görürəm bizim partiya fəalları ümumi məsələlər haqda çıxış edir. Bu barədə danışmaq olar. Amma cari işlər var ki, onu ancaq icra strukturu bilir. Bu baxımdan da icra strukturunun nümayəndələri konkret detallarla danışa bilir. Əli Əhmədov və Mübariz Qurbanlı da parlamentdə olmasa da, partiyanın işində yaxından iştirak edirlər. Onlar yenə də istənilən an informasiya verə bilərlər. Yeni simaların üzə çıxarılması isə partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir.

– Partiyada fəaliyyətindən narazı olduğunuz funksioner varmı?

– Biz daim islahatlar aparırıq. Sonuncu konfransda rayon təşkilatlarının 30%-də sədrlər dəyişdi. Kim ki mövcud ictimai siyasi proseslərə cavab vermirsə, partiyanı irəli yox, geri aparırsa onunla söhbət aparılır və özü yeni namizədin irəli sürülməsin təklif edir. Növbəti il üçün partiyanın gənclər birliyinin tərkibində ciddi dəyişiklik gözlənilir.

– Seymur Orucovun da dəyişdirilməsi gözlənilir?

– YAP-ın Gənclər Birliyinin sədri mən, sonra Ramil Həsənov olub. Seymur Orucov isə 5 ildir ki, sədrdir. Hələ ki, onun dəyişdirilməsi gözlənilmir.

– Ərdoğan Bakıya gəldi liseylər bağlandı. Ərdoğan təkrar gəldi liseylər bərpa olundu. Bu iki məsələ arasındakı əlaqə varmı?

– Qətiyyən burda əlaqə yoxdu. Türk liseylərinin bağlanması ilə bağlı fikir əvvəldən var idi. Amma bunun formatı tapılmalı idi. Heç kim bunun açmasın verməyib, mən istəyirəm bunu açım. Orada işləyən müəllim də, təhsil alan şagird də azərbaycanlıdır. Bunun adı niyə türk liseyi olur mən bunu indiyə kimi qavraya bilmirəm. Pulu ödəyən valideyn də azərbaycanlıdır. Mən maraqlanmışam. İldə 7 min manat vəsait ödənilir. Qəbul edəndə tələb edirlər ki, uşaq savadlı olsun, əlifbanı, vurma cədvəlin filan bilsin. Onda bunun oxumasına nə ehtiyac var? Məktəb oxutmaqdan ötrüdür. Sonra da deyirlər türk liseylərinin qəbul faizi yuxarıdır. 7 min pul verənin qəbul faizi aşağı ola bilər?! Mən o cür məktəb açım, orada bir dənə də türk işləməsin. Orada qəbul olanların 99,99%-i ən yüksək bal toplayar.

– Yaslarla bağlı tətbiq edilən tövsiyələrdə məcburilik doğru addımdırmı?

– Burada məcburilikdən söhbət gedə bilməz. Qanun yaradıcılıq bazasının biri də sanksiyalaşdırılmış adətlərdir. Bu daha çox ənənə xarakterini almalıdır. Bu, əslində Naxçıvan modelidir. Bu modeldə bir dənə də olsun rəsmi qanunla heç nə qadağan olunmayıb. Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır. Üç-dörd il əvvəl Vasif müəllim bunu özündən tətbiq edib. Bundan sonra demək olar ki, Naxçıvanın bütün kəndlərin bu könüllü olaraq tətbiq edildi. Bu həm də Vasif Talıbov modeli idi. Biz indi bunu təbliğ edərək bütün Azərbaycanda tətbiq etmək istəyirik. Bununla bağlı bizim ziyalılarımız da çıxış etməlidir. Müddət məsələsinə də məhdudiyyət qoyulmalıdır. Yas mərasimi saat 3-də başlayırsa, 8-də bitməlidir. Gecə 11-12-yə kimi davam etməməlidir. Yasa gələn şəxslər də 5-10 dəqiqə oturdu, bəsdir. İki saat otursa, ölən dirilməyəcək ki… Başsağlığı ilə bağlı da məhdudiyyət olmalıdır. Mənim bu yaxınlarda rəhmətə gedənim oldu. Mətbuat xidmətinə tapşırdım ki, qəzetlərə desin, heç kim başsağlığı verməsin. Zəng edib başsağlığı verir, bəsdir.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv