İmmun sistemini yaza hazırlamaq üçün balanslı qidalanmaq və antioksidant tərkibli qidalara üstünlük vermək lazımdır.
Yenicag.az xəbər verir ki, Türkiyəli dietoloq Serap Güzel immun sistemini bahara hazırlayan məhsulların faydalarıdan bəhs edib.
C vitamini
C vitamininin verdiyi faydalar saymaqla bitmir. Odur ki, gün ərzində C vitamini ehtiva edən qidalara üstünlük verin. C vitamini bədəndə hüceyrələrin müqavimətini gücləndirir. Hər gün mütləq ispanaq, cəfəri, itburnu və kivi yeyin.
Beta-karoten
Sarı-narıncı bitkilərdə olan beta karoten bizim üçün ən güclü antioksidantlardan biridir. Yerkökü, ananas, xurma və balqabaq ən çox beta-karoten ehtiva edən tərəvəz və meyvələrdir.
Sarımsaq
Sarımsaq kükürdlü birləşmələr, A, B1 və C vitamini də ehtiva edən möcüzəvi bir qidadır. Təbii antibiotik, antiviral, antibakteriyel və antifunqal təsiri göstərən sarımsaq immuniteti qüvvətləndirərək hüceyrələri müdafiə edir. Sarımsağın bu təsirlərindən faydalana bilmək üçün bütün olaraq udmalı deyil, çeynənib əzilməsi lazımdır. Hər gün 1 diş sarımsaq kifayətdir.
Qırmızı meyvələr
Zoğal, çəhrayı qreypfrut, çuğundur və nar antioksidant miqdarı yüksək qidalardır. Onlar yalnız immuniteti deyil, bəzi xərçəng və ürək xəstəliklərinə qarşı da qoruyucu təsirə göstərir.
Zəncəfil
Kəskin dadı, ətri və antiseptik xüsusiyyətləri sayəsində zəncəfil tənəffüs yollarını açır, həzmi tənzimləyir, toksinləri atır. Zəncəfilin həm çayını dəmləyə, həm də şorbalarda və salatlarda istifadə edə bilərsiniz.
Kefir
Bağırsaqlarda nə qədər probiyotik bakteriya varsa, metabolizma bir o qədər güclü işləyir. Probiyotik bakteriyalar da antioksidantlar kimi hüceyrələri mənfi təsirlərdən qoruyan kiçik canlılardır.
Bu bakteriyaları artırmaq üçün prebiyotik qidalar istehlak etməliyik. Kefir və probiyotik qatıq bu bakteriyalarla zəngindir. Bununla yanaşı, banan, kəvər, ənginar, sarımsaq və soğan da bu bakteriyaların artmasını təmin edir.
Sink və selen
İmmunitet üçün olduqca əhəmiyyətli mineraldır. Selen dəniz məhsulları, ət, soğan və sarımsaqda olur. Sink isə balqabaq tumu başda olmaqla yağlı tumlar, hinduşka əti, quzu əti, qulançar və göbələkdə olur. Bu mineralların antioksidant təsiri yüksəkdir və bədənin toksinlərlə mübarizə aparan hüceyrələrini gücləndirirlər.
Omeqa-3
Ən qiymətli yağ olan omeqa-3 yağ turşuları immunitet, beyin, sinir sistemi, psixologiya və ürək-damar sağlamlığınız üçün vacib qida elementidir. Həftədə mütləq 2 gün balıq yeməyə çalışın. Balığın tərkibinə həm də orqanizminizin istehsal etmədiyi çox lazımlı amin turşuları da daxildir ki, bunlar hüceyrələrin yeniləyərək qocalma prosesini ləngidir./Publika.az/