Yeni Azərbaycan filminin təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Axınla üzü aşağı” bədii filminin premyerası keçiriləcək.Kinostudiyanın direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, premyeranın dekabrın ikinci ongünlüyündə Nizami Kino Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Təqdimat mərasimində kinostudiyanın direktoru ilin yekunları haqqında hesabatla da çıxış edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir.
Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar. (apa.az)












