Yeni canlı növü kəşf edildi: Dişi və erkəyin rəngi fərqlidir - FOTO

media-hightechnic-468x90

Dərisi sumbata kağızına bənzəyən yeni canlı növü kəşf edilib.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırma “Vertebrate Zoology” elmi jurnalında yayımlanıb.

Məqalədə qeyd olunur ki, 2016-2018-ci illər aralığında Anqolada aparılmış araşdırmalarda 5 fərqli qurbağa yaxalanıb. Məlum olub ki, həmin qurbağalar “Poyntonophrynus fernandae” cinsinin yeni növüdür.

3,5 sm-dən böyük qurbağaların dərilərinin sumbata kağızına bənzədiyi vurğulanan araşdırmada erkək və dişilərin rənglərinin fərqli olduğu qeyd edilib. Həmçinin qurbağaların əsarət altında rənglərinin solduğu da müəyyən olunub.

Yeni canlı növünə “Fernande Lages” adı verilib.

Həmçinin oxuyun:

Dişi qurbağalar cütləşmək istəməyəndə özlərini ölülüyə vurur – QƏRİBƏ ARAŞDIRMA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600