!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dişi qurbağalar cütləşmək istəməyəndə özlərini ölülüyə vurur - QƏRİBƏ ARAŞDIRMA

!Reklam – Yazi

Qurbağalar üzərində aparılan araşdırmalar bu canlıların cütləşmə prosesi ilə bağlı maraqlı detalları üzə çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Royal Society Open Science” elmi jurnalında məqalə yayımlanıb.

Almaniyalı alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, cütləşmək istəməyən dişi qurbağalar bunu üç hərəkətlə biruzə verir: çevrilmə, qurtulma çağırışı, tonik hərəkətsizlik.

Müşahidəyə əsasən, erkək qurbağaların qucaqlaşdığı 54 dişidən 84 faizi bədənini çevirməyə çalışıb, 48 faizi xırıltıya bənzər səs çıxarıb, 33 faizi isə tonik hərəkətsizlik nümayiş etdirib, yəni özünü ölülüyə vurub.

Elm adamlarının sözlərinə görə, əvvəllər dişi qurbağaların cütləşmə istəyən erkəklərə qarşı özlərini müdafiə edə bilməyəcəkləri zənn edilirdi.

Qeyd edək ki, qurbağaların cütləşməsi qucaqlaşma (“amplexus”) aktı ilə müşayiət olunur. Cütləşmə dişi və erkəyin suya buraxdığı yumurtalarla spermlərin döllənməsi ilə tamamlanır.

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv