“Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılması mübahisə xarakterli hadisələrin aydınlaşdırılmasına kömək edəcək”.
Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.
Elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub.
Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ili, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq.
Sosial Strateji Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bu məsələdən danışıb.
Onun sözlərinə görə, sözügedən bazanın yaradılması təqdirəlayiq addımdır.
Mövzuya aid videomaterialı təqdim edirik:
Gülşən Şərif
www.yenicag.az