Yeni metro satansiyaları nə vaxt istifadəyə veriləcək?
Bakı Metropoliteni” QSC “bənövşəyi xətt”in ilk iki – “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır. Bunu haqda QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: “Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq”. Qeyd edək ki, “bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq(trend).