Türkiyədə yeni yaradılan İyi Partiyanın yığıncağında könüllülər “Qarabağ” xoreoqrafisi hazırlayıblar.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasından (MHP) ayrılan Meral Akşenerin rəhbərliyi altında qurulan İyi Partiyanın toplantısında açılan “Qarabağ” xoreoqrafisi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İyi Partiyanın könüllüləri bu jestlə “Sabah” qəzetinin yazarı Mövlud Tezelin UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycanın “Qarabağ” komandası azarkeşlərinin “Atletiko” ilə matçda hazırladıqları xoreoqrafiyə yönəlik “Futbol tarixinin en fəqir, ən əzik, ən komik xoreoqrafisi” sözlərinə etirazlarını biliriblər.
İyi Partiyanın təsis toplantısında A4 formatlı vərəqlərdə “QARABAĞ” xoreoqrafisi hazırlayan könüllülər Azərbaycan bayrağı qaldıraraq, komandamıza dəstəklərini nümayiş etdiriblər.
www.yenicag.az