Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yeni "SAMSUNG" istehsal olunacaq - FOTO

Galaxy Fold smartfonu qatlana bilən ekranı ilə çox səs gətirən bir cihaz olmuşdu.

Yenicag.az xəbr verir ki, ekran problemləri səbəbilə Samsung cihazları geri çağırmış, bəzi dəyişikliklər edib təkrar satışa çıxarmışdı.

Bu səfər isə Galaxy Fold 2 ilə bağlı bəzi məlumatlar aşkarlandı. Belə ki, bu səfər Galaxy Fold 2 ultra incə ekran texnologiyası ilə satışa çıxacaq.

Galaxy Fold 2 modelində insanın saç telindən daha incə ekran texnologiyası istifadə edilə bilər.

Şirkət rəsmilərinin dediklərinə görə Galaxy Fold 2 modeli əvvəlki modelə nəzərən daha dayanıqlı olacaq. Yeni aşkarlanan patentlərə görə Fold 2 modelində UTG ( Ultra-Thin-Glass) adı verilən ultra incə şüşədən istifadə ediləcək. Elastik olan bu material hər cürə ekrana və formaya uyğun olduğu üçün daha problemsiz işləyəcəyi düşünülür.

Qeyd edilir ki, bu ekran cızılmalara qarşı da çox dözümlü olacaq. Bu şüşənin qalınlığı təxminən 30 µm – 100 µm olacaq. Və bu da hardasa insan saç telinə yaxın naziklikdədir. Digər tərəfdən isə mənfi cəhəti bahalı və istehsalı çətin bir proses olmasıdır.

Yenə də bildirilən məlumatlar görə Galaxy Fold 2-nin əvvəlkinə nəzərən daha ucuz satışa çıxacaq.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

922
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM