Yeniyetmə ona tərs baxan 36 yaşlı kişini bıçaqladı

media-hightechnic-468x90

DİN Göygöldəki bıçaqlanma ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə,  oktyabr ayının 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan Q. Əliyev saxlanılıb.

Hazırda istintaq davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa