!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerkökü niyə narıncıdır? - ARAŞDIRMA

!Reklam – Yazi

ABŞ-də aparılan yeni elmi tədqiqat yerkökün narıncı rəngi üçün 3 resessiv genin lazım olduğunu üzə çıxarıb.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Şimali Karolina Dövlət Universiteti və Viskonsin-Madison Universitetinin alimləri birgə tədqiqat həyata keçiriblər. Araşdırma çərçivəsində 600-dən çox yerköküyə məxsus genomlar və ötən illər ərzində yetişdirilən məhsulların tərkibi müqayisə edilib.

Belə ki, 630 kökün genetikasını araşdıran alimlər bu tərəvəzə narıncı rəng verən genlər haqqında yeni detallar əldə ediblər.

Tədqiqatçılar tərəvəzlərdə A vitamininin sələfləri olan və kökə narıncı rəng verən karotenoidləri tənzimləyən 3 spesifik gen olduğunu və onların hamısının resessiv olduğunu müəyyən ediblər.

Tədqiqatçılardan biri, Şimali Karolina Dövlət Universitetindən olan M.İorizzonun sözlərinə görə normal olaraq, bu cür funksiyaları yerinə yetirmək üçün genlər dominant olmalıdır. Narıncı yerkökü nümunəsində, A vitamininin öncülləri olan karotenoidləri tənzimləyən genlər narıncı rəngi, resessiv olmalıdır.

Tədqiqat həmçinin IX-X əsrlərdə yerkökünün Qərbi və Orta Asiyada geniş şəkildə becərilməyə başladığına dair yeni dəlillər üzə çıxarıb.
Həmçinin M.İorizzo qeyd edir ki, Orta Asiyada geniş yayılan digər növ yerkökülərin Avropaya sonradan gətirildiyini və narıncı kökün genlərini XV-XVI əsrlərdə Qərbi Avropada geniş yayıldığını bildirib.

Qeyd edək ki, araşdırmanın təfərrüatları barədə məlumatlar “Nature Plants” jurnalında dərc olunub.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv