Yevlaxda beş mindən çox abonentin qazı kəsiləcək

media-hightechnic-468x90

Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yevlax Xidmət Sahəsinin (Cırdaxan) “Yeni Yevlax” ölçü qovşağından qidalanan Varvara, Balçılı, Salahlı, Səmədabad, Bünyadabad, Ağqıraq, Cırdaxan, İsmayılabad və Yevlax şəhərin bir hissəsinin qaz təchizatı qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələrin üçgedişli kranla əvəz edilməsidir.

Qeyd olunub ki, bununla əlaqədar ümumilikdə 5 329 abonentin təchizatında fasilə yaranacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05