Yevlaxda kafedə dava - 29 yaşlı oğlan qətlə yetirildi
Oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon prokurorluğundan Yenicag.az-a bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.