Yığmamızın Ermənistanla oyunu üçün heyəti müəyyənləşdi

media-hightechnic-468x90

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, yığmamız C divizionunda 12 oyunçu ilə mübarizə aparacaq.

Baş məşqçi Anar Sarıyev turnirdə Maqsud Hümmətov, Tariyel Yusifzadə, Orxan Süleymanlı, Murad Babayev, Məhəmməd Hüseynli, Huseyin Əsgərli, Əlikamran Məmmədov, Ramazan Qarayev, Hüseyn Qaflanov, Rafael Ağayev, Derin Berkoz və Hüseyn Məmmədova güvənəcək. Komandamız B qrupunda Moldova və Ermənistanla üz-üzə gələcək.

Qeyd edək ki, çempionat Albaniyada keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600