!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirilib

!Reklam – Yazi

“Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsi adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, “Ailə və Ətraf Mühit” İctimai Birliyi 15 avqust-15 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihə həyata keçirilib.

Tədbirdə müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumlar olan Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev və “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev, media nümayəndələri, qurumların ekspertləri və təşkilatın fəaliyyətinə kömək edən könüllülər iştirak edib.

Tədbirə çıxış nitqi ilə başlayan layihənin icraçısı Amin Məmmədov bildirib ki. layihə çərçivəsində Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri, həmçinin digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.

Həmçinin layihə icraçısı qeyd edib ki, işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Səbail rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıb. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materialları paylanıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər işarələr və qaydalar əks olunub.
Eyni zamanda, layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici yazılar, çarxlar və layihənin icrası ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb.

“Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsinin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək. piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, onların hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaqdır.

Elvin Paşazadə

COP29

www.yenicag.az

2459
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv