Yol polisi ilə dalaşdı və özünü doğradı – FOTO

media-hightechnic-468x90

0927022d2e985c4e3f4e663ac7874ac9Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi “İnfiniti” markalı avtomobili saxlayıblar. Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib.

Faktla bağlı zəruri araşdırmalar aparılır(lent.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600