!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisindən "Eurohome"dakı yanğınla bağlı sürücülərə MÜRACİƏT

!Reklam – Yazi

Bakı şəhər Baş Polis İdarəsi “Eurohome” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.

Yenicag.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib:

“Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.

Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

V.Əsədov əlavə edib ki, hazırda Bakıdan Sumqayıt istiqamətində hərəkət edənlər Biləcəri qəsəbə dairəsindən keçməklə Ekologiya postundan sağa, körpü üzərindən, eyni zamanda həmin körpü vasitəsilə Biləcəri qəsəbəsi daxilindən Bakı-Binəqədi yolundan istifadə etdiyi üçün Şamaxı istiqamətində nəqliyyat sıxlığı yaranıb:

“Tıxacın qarşısının alınması üçün sürücülər digər alternativ yollardan istifadə etsinlər. Biləcəri istiqamətində hərəkət edənlər isə Bakı-Binəqədi yoluna üstünlük versinlər. Həmçinin Sumqayıtdan Bakıya gələnlər üçün “VAZ” və Xırdalan dairəsi kimi tanınan ərazidən hərəkət Abşeron rayonu daxilinə, yaxud yeni Dairəvi yolla Novxanı istiqamətinə dəyişdirilib”.

***

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “EuroHome” tikinti materialları bazarında baş verən yanğın yerinə gəlib.

Jurnalistlərə açıqlama verən R.Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul Xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə yol açıqdır: “Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.

COP29

www.yenicag.az

939
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv