!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisindən sürücülərə xəbərdarlıq

!Reklam – Yazi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, belə hava şəraitində sürücülər ictimai nəqliyyatdan istifadəyə üstünlük verərək şəxsi avtomobillərindən az istifadə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər:

“Ümumiyyətlə sürücülər belə hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalıdırlar:

“Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır”.

Rəisin sözlərinə görə, belə hava şəraitində dövlət nömrə nişanlarının çirklənməsi ehtimalı yaranır, bu da dövlət nömrə nişanlarının görünməməsinə səbəb olur:

“Br daha bildiririk ki, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, əks təqdirdə belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. “Yol hərəkəti haqında” qanunun 50-ci maddəsində deyilir ki, yol və meteroloji şərait nəzərə alınmaqla sürücü nəqliyyat vasitəsinin elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisədən hava şəraitinin pis olması bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırlar”.

COP29

www.yenicag.az

6765
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv