Yol polisinin törətdiyi qayda pozuntusu-Video

media-hightechnic-468x90

82041Bakıda Dövlət Yol Polisi əməkdaşının törətdiyi qayda pozuntusu bütün sərhədləri aşıb.

Bakı-Ələt yolunda DYP avtomobili yolun əks istiqamətinə çıxaraq 110 km/saat sürətlə hərəkət edib. DYP avtomobilinin videogörüntülərini oxuculardan biri göndərib.

Videodan da aydın görünür ki, DYP avtomobili yolun əks istiqamətində yüksək sürətlə hərəkət edərək böyük təhlükə yaradır. Həmin vaxt qarşı tərəfdən də yüksək sürətlə avtomobillər gəlir. Maşın gedən zaman işıq siqnalları da qoşulmayıb.

Məsələ ilə bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlanıb. “Mən həmin video ilə tanış deyiləm. Ola bilər ki, DYP avtomobili hadisə yerinə tələsib. Yol polisi əməkdaşları yol hərəkəti qaydalarından kənara çıxa bilərlər. Qanun onlara icazə verir. Həmin videoya baxmaq lazımdır. Yol polisi inspektoru təhlükəli vəziyyət yarada bilməz! Ancaq DYP maşını əks istiqamətdə gedirsə, təhlükəsizlik məqsədi ilə mayakları yandırmalıdır. Videonu görmədiyim üçün bu barədə bir söz deyə bilmərəm”, – Kamran Əliyev deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600