Yol qəzası can aldı - Cəlilabadda

media-hightechnic-468x90

Bu gün saat 21:00 radələrində Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil hələlik kimliyi məlum olmayan təxminən 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Meyit Cəlilabad morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa