!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol qəzası zamanı 3 nəfərin ölümündə təqsiləndirilən şəxsə HÖKM OXUNDU

!Reklam – Yazi

Bakıda yol qəzası zamanı 3 nəfərin ölümündə təqsiləndirilən Eynulla Xeyrullayevə hökm oxunub və o, 7 il 11ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki,1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi “QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri – 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.

E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

COP29

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv