YPG terror qruplaşması Menbiçdən geri çəkilib.
Yenicag.az türk məıtbuatına istinadən xəbər verir ki, Suriya ordusu şəhərə daxil olaraq orada dövlət bayrağını ucaldıb.
Qruplaşma Menbiç şəhərindən geri çəkildiyini və nəzarəti Bəşər Əsəd rejimi qüvvələrinə təhvil verdiyini açıqlayıb.
Buna qədər şəhər və onun ətrafı kürdlərin PYD/YPG silahlılarının nəzarətində olub.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Mənbicdə əməliyyatlara hazır olduğunu demişdi. ABŞ ordusunun Suriyadan çıxması qərarı ilə əlaqədar Ankara bu qərarı bir müddət təxirə salmışdı.
www.yenicag.az