Yük maşını 53 yaşlı piyadanı vurub öldürdü

media-hightechnic-468x90

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa