Yuliya Timoşenko “Naftoqaz” şirkətini ləğv etməyə çağırıb

media-hightechnic-468x90

im-300x220“Batkivşina” fraksiyasının lideri, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko “Naftoqaz” şirkətini ləğv etməyə çağırıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, “Şuster LİVE” verilişinin qonağı olan Y. Timoşenko bildirib ki, “Naftoqaz” korrupsiyanın çiçəkləndiyi yerdir.

O qeyd edib ki, Ukraynada qaz hasilatının maya dəyəri 23,5 dollar (1000 kubmetr) təşkil edir.

“Əgər mənə müvafiq sənədlərə baxmaq imkanı yaradılsa, sizə sübut edərəm ki, qiymət 23,5 dollardan da aşağıdır. Orada həmişə qiymətlər yüksək olur. Bütün korrupsiyalaşmış siyasi çevrə məhz bu pulla yaşayır”, – deyə o vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600