Yunan-Roma güləşçimiz dünya çempionatının finalına yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Yenicag.az yunan-Roma güləşçisi dünya çempionatının finalındaxəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə qalib gəlib.
A.Cavadov sabah həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün isə Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi çinli Yanqjen Yanqjen olacaq.