Yunanıstan azərbaycanlıların olduğu Türkiyə gəmisinə atəş açdı

media-hightechnic-468x90

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada Türkiyənin “Ro-Ro” gəmisinə atəş açıb.

Yenicag.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Çanaqqala sahillərində “Anadolu” adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi 2 Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600