Yunanıstanda azərbaycanlı hakimə butulka atdılar

media-hightechnic-468x90

Yunanıstan Super Liqasının XXXIII turunda keçirilən PAOK – “Aris” matçını idarə edən azərbaycanlı hakimlər briqadası xoşagəlməz halla üzləşib.

Yenicag.az xəbər verir ki, fanatlar yan xətt hakimi Akif Əmirəlinin başına boş butulka atıblar. Əmirəli butulkanın ona dəyməsinə baxmayaraq, baş hakim Əliyar Ağayevə hər şeyin qaydasında olduğunu bildirib və oyun davam edib.

“Aris” klubu görüşdən sonra hakimlərin idarəçiliklərindən narazı olduqlarını bildirən bəyanat yayıb.

Bu matçda Əliyar Ağayevin digər köməkçisi Zeynal Zeynalov olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa