Yunanıstanda hərbi təyyarə qəzaya uğrayıb

media-hightechnic-468x90

7_dYunanıstanın Krit adasında F-16 tipli hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, eniş zamanı baş verən qəza nəticəsində təyyarənin pilotu yanıq xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb, həyatına təhlükə olmadığı bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb yanacaq sızması olub. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, Krit adasındakı “Akrotiri” aerodromunda ABŞ-a məxsus hərbi-dəniz bazası yerləşir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600