“Yüzilin soyqırımı: Xocalıya beynəlxalq hüquqi baxış”

media-hightechnic-468x90

xocali cinayetiNoyabrın 19-da Türkiyədə “Yüzilin soyqırımı: Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçiriləcək.

“OLAYLAR”-ın xəbərinə görə, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (Eko Avrasiya) və Avrasiya QHT Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, millət vəkilləri, QHT rəhbərləri iştirak edəcək.

Ankarada keçirilməsi nəzərdə tutulan konfransda Xocalı soyqırımının dünyada tanıdılması və ermənilərin qondarma soyqırım iddialarının ifşa edilməsi istiqamətində Azərbaycan və Türkiyənin ata biləcəyi mühüm addımlar müzakirə ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600