Zahid Oruc: "Azərbaycanda Harvard təhsilli məmurlar da var"

media-hightechnic-468x90

Elmlər doktorları və elmlər namizədlərinin yaş həddi narahatedici həddədir, burada yaşlılıq tendensiyası müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler” mövzusunda STM-nin təşkil etdiyi dəyirmi masada deyib.

O, Prezident İlham Əliyevin müharibədə qələbənin elmlə qazanıldığını sübut etdiyini vurğulayıb:

“Ulu Öndərin siyasi kursunun varisi kimi İlham Əliyevin elmimizə konseptual baxışı da Heydər Əliyevin təhsil siyasətinin davamıdır. XXI əsr dron və süni zəkanın hökm sürəcəyi dövrdür. Biz isə bu dövrlə ayaqlaşırıq”.

Z.Oruc hesab edir ki, elm sahəsi təmizləndikcə Azərbaycanın suverenliyi də güclənəcək:

“Gənc nəsildə fundamental və tətbiqi elmlərə maraq azalıb. Ölkədə ciddi beyin köçü müşahidə olunur. Ancaq Azərbaycanda Harvard təhsilli məmurlar da var”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa